Bank Of Baku

Tiflisdə “Qafqaz xalqlarının folkloru və lingvokulturologiyası” mövzusunda beynəlxalq elmi simpozium keçiriləcək

Tiflisdə “Qafqaz xalqlarının folkloru və lingvokulturologiyası” mövzusunda beynəlxalq elmi simpozium keçiriləcək
# 13 yanvar 2012 13:04 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu il aprelin 13-16-da Gürcüstanın paytaxtı Tiflis şəhərində “Qafqaz xalqlarının folkloru və lingvokulturologiyası” mövzusunda beynəlxalq elmi simpozium keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutundan məlumat verilib. Simpozium Folklor İnstitutu, İ.Cavaxişvili adına Tiflis Dövlət Universiteti, Türkiyənin Ardahan Universiteti, Qafqaz Universitetlər Birliyi, Türk Dünyası Mühəndislər və Memarlar Birliyi və Valeh Hacılar Beynəlxalq Elmi-Mədəni Tədqiqat Fondunun birə təşkilatçılığı ilə keçiriləcək. Simpozium filologiya elmləri doktoru, professor Valeh Hacıların (Valeh Alpaşa oğlu Hacıyevin) xatirəsinə həsr olunacaq. V. Hacılar uzun illər Azərbaycan-gürcü ədəbi əlaqələrini tədqiq edib. Xalqlararası əlaqələrin öyrənilməsi və gücləndirilməsi sahəsində göstərdiyi xidmətlərinə görə o, Gürcüstan prezidenti tərəfindən “Şərəf” Ordeni ilə təltif edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR