Bank Of Baku

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində nəzəri-praktik məşğələ keçirilib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində nəzəri-praktik məşğələ keçirilib
# 13 yanvar 2012 13:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzində xilasetmə texnika və avadanlıqlarının təyinatı, quruluşu və iş prinsipləri mövzusunda nəzəri-praktik məşğələ keçirilib. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, tədbirdə bildirilib ki, müasir xilasetmə texnikasının tətbiqi xilasedicilərin imkanlarını və fəaliyyətlərinin səmərəliliyini dəfələrlə artırır. Komandir təlimlərinin keçirilməsi zamanı xilasedicilərin xilasetmə vərdişləri daha da təkmilləşir.

İki günlük məşğələ zamanı şəxsi heyətə "Mercedes BENZ Sprinter" xüsusi təyinatlı xilasetmə avtomobili və onun komplektinə daxil olan avadanlıqlar, onların iş prinsipi nümayiş olunub. Sonda şifahi olaraq texnika ilə davranış və istifadə qaydaları ilə onların texniki təyinatı üzrə test-yoxlama keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR