Bank Of Baku

Budapeştdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan məcburi köçkün uşaqların çəkdiyi fotoşəkillərin sərgisi keçirilib - FOTOSESSİYA

Budapeştdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan məcburi köçkün uşaqların çəkdiyi fotoşəkillərin sərgisi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 13 yanvar 2012 13:33 (UTC +04:00)
Bakı-APA. Yanvarın 12-də Budapeştdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan məcburi köçkün uşaqların çəkdikləri fotoşəkillərdən ibarət sərgi keçirilib. Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu sərgi Macar Könüllülər Fondu tərəfindən 4 ölkədən 8 könüllünün iştirakı ilə həyata keçirilən layihənin yekunu olub. Macarıstan, Fransa, Hollandiya və Polşadan olan könüllülər Azərbaycana gəlib, qaçqın düşərgələrində məskunlaşan uşaqlara fotoaparatlar paylayaraq şəkillərin çəkilməsini, həmçinin onların “Sənin arzun nədir?” mövzusunda inşa yazmasını təşkil edib. Bu inşalar sərgidə Azərbaycan, ingilis və macar dillərində nümayiş etdirilib. SOS Uşaq Kəndlərinin dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədinin, Azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyatı və istəklərinə uşaqların gözü ilə baxılması olub.
Sərginin açılışında çıxış edən, layihənin Macarıstanlı könüllüləri Annamaria Daroczi və Gabor Jeszenoi, Azərbaycan haqqında qaçqın düşərgələrində uşaqlar haqqında təəssüratlarını bölüşüblər. Tədbirdə həmçinin, məcburi köçkün ailəsindən olan 11 yaşlı Elgünün vətənpərvərlik mövzusunda yazdığı inşa macar dilində iştirakçılar üçün oxunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR