Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı tələbələr arasında müsabiqə keçirir

Azərbaycan Mərkəzi Bankı tələbələr arasında müsabiqə keçirir
# 13 yanvar 2012 13:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) fəaliyyətinin 20 illik yubileyi münasibəti ilə «Azərbaycanda bank sektorunun inkişafı üçün hansı tədbirlər görülməlidir?» mövzusunda tələbələr arasında referat müsabiqəsi elan edib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd ölkənin iqtisadi inkişafında bank sisteminin rolu, habelə bu sektorun inkişaf istiqamətləri barədə tələbələrin baxışları, fikirləri, təkliflərinin öyrənilməsi, maarifləndirmə işinin təşviq edilməsindən ibarətdir.

Müsabiqəyə ali təhsil ocaqlarında iqtisadiyyat və maliyyə ixtisasları üzrə hazırda təhsil alan IV kurs bakalavr və ya magistr tələbələr tərəfindən yanvar ayının 16-31-də təqdim olunan referatlar qəbul olunur.

Müsabiqəyə təqdim olunacaq bütün referatlar AMB-nin 20 illik yubileyi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi və AMB-nin digər əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, qaliblərə xüsusi sertifikatlar və xatirə sikkələri təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR