Bank Of Baku

Dövlət Neft Şirkətinə torpaqlarla bağlı 500 müraciət daxil olub

Dövlət Neft Şirkətinə torpaqlarla bağlı 500 müraciət daxil olub
# 13 yanvar 2012 14:56 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) 2011-ci il ərzində torpaq mübahisələri ilə bağlı 500 müraciət daxil olub. «APA-Economics»in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında ARDNŞ-in Hüquq İdarəsinin rəisi Eldar Orucov bildirib.

Onun sözlərinə görə, ayrı-ayrı vaxtlarda bələdiyyələrdən torpaq sahəsi almış şəxslər ARDNŞ-ə müraciət edərək həmin torpaqların qanuni olub-olmadığını və burada ev tikməyin qanuniliyini dəqiqləşdiriblər. İdarə rəisinin sözlərinə görə, bu vətəndaşlara bu torpaqların qanunsuz ayrıldığı və burada ev tikməyin mümkün olmadığı bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR