Bank Of Baku

Göyçayda bələdiyyə işinin təkmilləşdirilməsi mövzusunda regional seminar keçirilib

Göyçayda bələdiyyə işinin təkmilləşdirilməsi mövzusunda regional seminar keçirilib
# 13 yanvar 2012 16:36 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov - APA. Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində “Yerli özünüidarəetmə sahəsində yeni qanunvericilik və bələdiyyə işinin təkmilləşdirilməsi” mövzusunda regional seminar keçirilib.

APA-nın məlumatına görə, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Göyçay regional ədliyyə şöbəsinin və şəhər, qəsəbə və kənd bələdiyyələri Milli Assosiasiyalarının təşkilatçılığı ilə baş tutan seminarda Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının, Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələri Milli Assosiasiyalarının, Milli Arxiv İdarəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri, eləcə də Göyçay, İsmayıllı, Şamaxı, Ağsu, Ağdaş, Ucar, Zərdab və Kürdəmir rayonlarından olan 200-dən artıq bələdiyyə sədrləri, üzvləri və qulluqçuları iştirak ediblər.

Tədbirdə Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə, Prezident Administrasiyası regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Pənah Cahangirov, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev, Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri Əli Mehdiyev tədbirin əhəmiyyətindən danışıb. Çıxışlarda yerli özünüidarəetmənin təkmilləşdirilməsi ilə bağlı ölkəmizdə həyata keçirilən işlərdən, yerli sosial problemlərin həllində bələdiyyələrin iştirakı ilə bağlı qarşıda duran vəzifələrdən söz açılıb, sosial-iqtisadi inkişaf prosesində bələdiyyələrin fəallığının ildən-ilə artdığı bildirilib.

Seminarda yerli demokratiyanın inkişafında əldə olunan nailiyyətlərlə yanaşı, bəzi bələdiyyələrin fəaliyyətində yol verilən nöqsanlar da göstərilib, gələcəkdə bələdiyyələrin işinə maneçilik törədən problemlərin və yol verilən nöqsanların aradan qaldırılmasının zəruri olduğu qeyd olunub. Tədbirdə “Bələdiyyə sahəsində yeni qanunvericilik və onların bələdiyyələrdə tətbiqi”, “Bələdiyyə torpaqları üzərində mülkiyyət hüququnun tanınması məsələləri”, “Bələdiyyələrdə arxiv işinin təşkili və insan hüquqlarının qorunması işində bələdiyyələrin rolu” mövzusunda məruzələr dinlənilib. Seminarda iştirak edən bələdiyyə nümayəndələri onları narahat edən məsələlərdən danışıb, dövlətin bələdiyyələrin fəaliyyətinə hərtərəfli kömək göstərdiyini yüksək qiymətləndirib, fəaliyyətlərində yol verilən nöqsanların aradan qaldırılmasının vacibliyini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR