Bank Of Baku

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb
# 14 yanvar 2012 08:31 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) təhsil müəssisələrində 1990-cı ilin 20 Yanvar hadisələrinin 22-ci ildönümünün qeyd edilməsi ilə bağlı xüsusi Tədbirlər Planı hazırlayıb. BŞTİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, plana əsasən, 20 Yanvar faciəsinin 22-ci ildönümünün qeyd edilməsi məqsədi ilə 9 – 19 yanvar tarixlərində təhsil müəssisələrində mühazirələr, bədii qiraət saatları təşkil ediləcək, məktəblərin internet şəbəkəsi və saytlarına 20 Yanvar faciəsini əks etdirən materiallar daxil ediləcək. Ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində “Azadlığımız uğrunda ...” adlı musiqili ədəbi - bədii kompozisiya keçiriləcək, 20 Yanvar faciəsinə həsr olunmuş foto - stendlər, guşələr hazırlanacaq, rəsm sərgiləri təşkil ediləcək. Həmçinin, təhsil müəssisələrinin əməkdaşları və şagirdlərin Şəhidlər Xiyabanına ziyarəti təşkil ediləcək, Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının rəsm qalereyasında 20 Yanvar faciəsinə həsr edilmiş rəsm sərgisi keçiriləcək. Yanvarın 19 - da isə ümumtəhsil məktəblərində və məktəbdənkənar tərbiyə müəssisələrində ilk dərs və məşğələlər qanlı 20 Yanvar faciəsinə həsr ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR