Bank Of Baku

Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun bu posta növbəti dəfə seçilməsi məsələsinə baxılacaq

Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun bu posta növbəti dəfə seçilməsi məsələsinə baxılacaq
# 14 yanvar 2012 09:07 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Yanvarın 16-23-də İsveçrənin Cenevrə şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rəyasət Heyətinin toplantısı keçiriləcək. APA-nın ÜST-ün saytına istinadən verdiyi xəbərə görə, toplantıda təşkilatın hazırkı baş direktoru Marqaret Çenin növbəti, ikinci beşillik müddətə bu posta seçilməsi məsələsinə baxılacaq. Qeyd edək ki, M. Çen Çin vətəndaşıdır.

ÜST səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biridir. Təşkilat 1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılıb və onun mənzil-qərargahı Cenevrədə yerləşir. Quruma üzv dövlətlərin sayı 190-dır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR