Bank Of Baku

Azərbaycan çaylarında mövcud durum açıqlanıb

Azərbaycan çaylarında mövcud durum açıqlanıb
# 16 yanvar 2012 09:36 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və tranzit çaylarda mövcud durumu açıqlayıb. APA-nın ETSN-nin saytına istinadən verdiyi məlumata görə, hazırda Böyük Qafqaz çaylarında sululuq ongünlük normanın 110-230, Kiçik Qafqaz çaylarında 145-165, Lənkəran-Astara bölgəsi çaylarında 45-115, Naxçıvan MR çaylarında isə 25-30 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 154 kubmetr/saniyə olmaqla, ongünlük normanın 96, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 64 kubmetr/saniyə olmaqla, ongünlük normanın 96 faizinə bərabərdir.

Kür çayının aşağı axınında, Surra məntəqəsində suyun səviyyəsi 559, Şirvanda 452, Bankədə 305, Araz çayının Novruzlu məntəqəsində isə 292 santimetr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR