Bank Of Baku

Azərbaycanda gənclərin QHT layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqə keçirilir

Azərbaycanda gənclərin QHT layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqə keçirilir
# 16 yanvar 2012 09:56 (UTC +04:00)
Bakı – APA. Gənclər və İdman Nazirliyi gənclərin qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqə aşağıdakı istiqamətlər üzrə aparılır:

- gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi;
- gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği;
- gənclərin məşğulluğunun təmin edilməsi və karyera qurmalarında iştirak;
- gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi;
- gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi;
- gənclər sahəsi üzrə qeyri-formal təhsil metodlarının tətbiq edilməsi;
- gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş;
- gənclər arasında sağlam həyat tərzinin təbliği;
- gənclər üçün sosial və psixoloji xidmətlərin göstərilməsi;
- özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin formalaşdırılmasında iştirak;
- “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının konkret maddələrinin icrası ilə bağlı təkliflər.

Layihənin yazılış formasını və layihənin büdcəsinin hazırlanmasına dair təlimatı Gənclər və İdman Nazirliyinin rəsmi internet səhfəsindən (www.mys.gov.az) əldə etmək olar. Layihələr 2012-ci il yanvarın 16-dan fevralın 16-dək GİN-in Ekspert-Məsləhət Şurasına çap və CD elektron formada təqdim olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR