Bank Of Baku

Ötən il DSMF-yə xarici ölkələrdən daxil olan müraciətlərin sayı artıb

Ötən il DSMF-yə xarici ölkələrdən daxil olan müraciətlərin sayı artıb
# 16 yanvar 2012 09:58 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Beynəlxalq əlaqələr şöbəsinə 2011-ci il ərzində xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı ötən 2010-cu illə müqayisədə 3% artıb.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, 2011-ci il ərzində DSMF-yə daxil olan 1916 müraciət arasında MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib. Qeyd olunan dövr ərzində MDB ölkələrindən 1407 müraciət göndərilib. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.

Müraciətlərin sayına görə növbəti yerdə isə Türkiyə Cümhuriyyəti gəlir - qardaş ölkədən Fonda 142 müraciət ünvanlanıb. Bu müraciətlərin mövzusu Türkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədilə konkret tədbirlərin görülməsi istiqamətindədir.

DSMF-yə daxil olan digər 367 müraciət isə ayrı-ayrı xarici ölkələrin payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR