Bank Of Baku

Azərbaycanda orta tibb işçiləri üçün sertifikasiya imtahanlarına başlanıb

Azərbaycanda orta tibb işçiləri üçün sertifikasiya imtahanlarına başlanıb
# 16 yanvar 2012 10:35 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün orta tibb işçiləri üçün sertifikasiya imtahanlarına start verilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ilkin mərhələdə imtahanda beş ildən artıq tibb müəssisələrində tibbi fəaliyyətdə olmamış, könüllü qaydada hazırlıq kurslarını keçmiş 60 nəfər tibb bacısı iştirak edir. İmtahanın şərtlərinə görə 100 sualdan ən azı 60 suala düzgün cavab verən mütəxəssislər növbəti mərhələyə, müsahibəyə buraxılacaqlar. İmtahanın nəticələri sabah açıqlanacaq.
Tibbi fəaliyyətdə olan tibb bacıları üçün növbəti imtahan isə yanvarın 23-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR