Bank Of Baku

Vatikanın məxfi arxivində Azərbaycanla bağlı araşdırmalar davam etdiriləcək

Vatikanın məxfi arxivində Azərbaycanla bağlı araşdırmalar davam etdiriləcək
# 16 yanvar 2012 13:13 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli bildirib. Onun sözlərinə görə, araşdırmalar Azərbaycan hökumətinin dəstəyi ilə AMEA və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılacaq. Lakin hələlik araşdırmaların nə zaman davam etdirilməsi ilə bağlı dəqiq tarix məlum deyil. Şöbə müdiri bu işin kifayət qədər böyük maliyyə vəsaiti tələb etdiyini deyib.

F. Ələkbərli qeyd edib ki, araşdırmalar zamanı Azərbaycan tarixinin qədim və orta əsrlər dövrünə aid sənədlərə daha çox önəm veriləcək: “Ümumiyyətlə, Azərbaycanla bağlı istənilən sənəd bizim üçün qiymətlidir”.

Qeyd edək ki, Vatikanın məxfi arxivlərində Azərbaycana aid tapılan sənədlərin surəti dekabrın 7-də Bakıya gətirilib. Sənədlər ümumilikdə 1000 səhifə həcmindədir. Bu sənədlər Elxanilər, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Qacarlar dövlətlərinin hökmdarlarının Vatikana məktubları və onlara yazılmış cavab məktubları, Vatikandan sözügedən dövlətlərin hökmdarlarına məktublar və onlara yazılmış cavablar, müxtəlif missionerlərin Azərbaycandakı siyasi cərəyanlarla bağlı gizli hesabatları və s. sənədlərdən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR