Bank Of Baku

“Azərbaycanda yol təhlükəsizliyi sahəsindəki problemlərin həllində vətəndaş cəmiyyətinin rolu” mövzusunda dəyirmi masa keçirilib - FOTO

“Azərbaycanda yol təhlükəsizliyi sahəsindəki problemlərin həllində vətəndaş cəmiyyətinin rolu” mövzusunda dəyirmi masa keçirilib - <font color=red>FOTO</font>
# 17 yanvar 2012 09:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Təhlükəsiz Yol” Alyansı “Azərbaycanda yol təhlükəsizliyi sahəsindəki problemlərin həllində vətəndaş cəmiyyətinin rolu” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, alyansın həmtəsisçisi Şahin Camalov deyib ki, 12 qeyri-hökumət təşkilatından ibarət “Təhlükəsiz Yol” Alyansının yaradılmasında məqsəd ölkədə sürətlə artan yol qəzalarının, çoxsaylı vətəndaşların yol qəzası qurbanına çevrilməsinin qarşısının alınması istiqamətində layihələr icra etmək, ciddi problemin həlli istiqamətində əsaslı işlər görməkdir: “Alyans ölkədə yol mədəniyyətinin formalaşdırılması, habelə bu sahəyə məsul dövlət qurumlarının məsuliyyətinin artırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətlərində silsilə layihələrin icra edilməsini planlaşdırır”.

Ş. Camalov qeyd edib ki, ötən il yol qəzalarında ölüm halları ən çox paytaxtın Ziya Bünyadov, Babək, Nobel, Heydər Əliyev prospektlərində baş verib. 2011-ci ildə 1016 nəfər ötən yol qəzaları zamanı dünyasını dəyişib. Ş. Camalov onu da bildirib ki, bu qəza hadisələrinin baş verməsinin səbəblərindən ən əsası sürətdir.

“Konstitusiya” Araşdırmalar Fondunun sədri, alyansın həmtəsisçisi Əliməmməd Nuriyev bildirib ki, dünyada ildə 1,2-1,5 milyon adam dünyasını dəyişir: “Bu tendensiya davam etsə, dünyada ölüm səbəbləri arasında ikinci yeri tutacaq. Qəzalar zamanı dünyasını dəyişənlər əsasən 0-25 yaşlarda insanlardır”.

O, yol qəzaları ilə bağlı sanksiyaların sərtləşdirilməsinin vacibliyini də vurğulayıb: “Bəzi ölkələrdə avtomobili sərxoş idarə edənlər sürücülük hüququndan məhrum edilir”.

Ə. Nuriyev infrastrukturun yaradılması, körpülərin tikintisində standartlarla bağlı problemlərin olduğunu da qeyd edib: “Paytaxtda bir avtobus dayanacağında belə, əlillərin avtobusa minib-düşməsi üçün şərait yaradılmayıb. Qanunvericilikdə bütün bu məsələlər öz yerini almalıdır”.

“Els” Müstəqil Araşdırmalar Mərkəzinin direktoru İradə Yaqubova paytaxtın yol infrastrukturunda mövcud olan nöqsanlardan danışıb.
Dövlət Yol Polisi İdarəsinin əməkdaşı İsa Deystani yol-hərəkət qaydalarının tətbiqində islahatlar haqda danışıb, səslənən iradlara münasibət bildirib.

Tədbirdə, həmçinin qeyd olunub ki, alyans problemdən çıxış yolu üçün strateji fəaliyyət planı hazırlanıb. Dəyirmi masanın sonunda “Diqqət yol polisi” layihəsinin fəaliyyətə başlandığı da diqqətə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR