Bank Of Baku

Həkimləri Təkmilləşdirmə İnstitutunda Əziz Əliyevin anadan olmasının 115-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

Həkimləri Təkmilləşdirmə İnstitutunda Əziz Əliyevin anadan olmasının 115-ci ildönümünə həsr olunmuş konfrans keçirilib
# 17 yanvar 2012 11:20 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Əziz Əliyevin anadan olmasının 115 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə səhiyyə naziri Oqtay Şirəliyev çıxış edib. Nazir Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tarixinin görkəmli alim Əziz Əliyevin adı ilə bağlı olduğunu deyib: ”Əziz Əliyev 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsində səmərəli fəaliyyət göstərib. 1962-ci il sentyabrın 27-də institutun professor-müəllim heyətinin vəsatəti əsasında Nazirlər Sovetinin qərarı ilə instituta Əziz Əliyevin adı verilib”. Nazir deyib ki, institut yarandığı ilk gündən respublika üçün minlərlə yüksək ixtisaslı həkim mütəxəssisləri hazırlayıb, bu iş indi də davam edir: “Əziz Əliyev ikinci dünya müharibəsindən həm əvvəlki, həm də sonrakı illərdə Azərbaycanda səhiyyənin təşkili məsələsinə xüsusi diqqət yetirib və onun bu sahədəki xidmətləri tarixə qızıl hərflərlə həkk olunub”.

Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Sənan Kərimov bildirib ki, 1932-1935-ci illər ərzində Əziz Əliyevin rəhbərliyi altında əməkdaşlar tərəfindən Azərbaycan dilində latın qrafikası ilə 45 adda dərslik və dərs vəsaiti tərtib edilərək tibb təhsili alan tələbələrin ixtiyarına verilib: “Bu kitablar indi də öz dəyərini saxlayır və onların hər birinin işıq üzü görməsində Əziz Əliyevin müstəsna rolu var”.

Konfrans Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov və digər qonaqların çıxışları ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR