Bank Of Baku

Azərbaycanda son üç il yarımda uşaq alverinə dair 5, uşaqların fahişəliyə cəlb olunmasına dair 8 fakt aşkarlanıb

Azərbaycanda son üç il yarımda uşaq alverinə dair 5, uşaqların fahişəliyə cəlb olunmasına dair 8 fakt aşkarlanıb
# 17 yanvar 2012 11:40 (UTC +04:00)
APA-nın məlumatına görə, bu statistik rəqəmlər Azərbaycanın BMT Uşaq Hüquqları Konvensiyasının öhdəliklərinin yerinə yetirilməsinə dair hesabatına öz əksini tapıb. APA-nın məlumatına görə, qeyd olunan hesabat bu gün BMT Uşaq Hüquqları Komitəsinin Cenevrədə keçirilən 59-cu sessiyasında təqdim olunub. Bu dövrdə qeyd olunan hallarla bağlı uşaq alverinə görə 7, uşaqları fahişəliyə cəlb etməyə görə 8, uşaq pornoqrafiyasına görə 1 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Hesabatda qeyd olunur ki, Azərbaycan hökuməti bu kimi halların qarşısını almaq üçün müvafiq tədbirlər görülür. Dövlət qurumları və qeyri-hökumət təşkilatları uşaq alveri, fahişəliyə cəlb olunma və uşaq pornoqrafiyası kimi cinayətlərin qarşısını almaq üçün mütəmadi olaraq regionlarda maarifləndirmə işləri aparırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR