Bank Of Baku

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunan müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunan müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb
# 17 yanvar 2012 12:30 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ötən ilin 4, 21 oktyabr və 4 noyabr tarixlərində 97 dövlət orqanı üzrə 888 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan olunan müsabiqənin test imtahanı mərhələsinin nəticələrini açıqlayıb. Komissiyadan APA-ya verilən məlumata görə, müsabiqənin test imtahanı mərhələsi 2011-cu il 25 noyabr– 2012-ci il 14 yanvar tarixlərdə keçirilib.

Müsabiqədə iştirak etmək üçün Komissiyada 5286 namizəd qeydə alınıb. Onlardan 1258 nəfəri (bütün namizədlərin 23.80 faizi, test imtahanında iştirak edən 4059 namizədin 30.99 faizi) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla başa vuran namizədlərdən 535 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr, 392 nəfəri 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıblar. 331 nəfər 6 və ya 7-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, bu vəzifələr üzrə keçid balını toplamayıb, lakin 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıblar.

Namizədlərdən 1227 nəfəri (bütün namizədlərin 23.21 faizi) test imtahanında iştirak etməyib. Bunlardan 249 nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 128 nəfəri İqtisadi İnkişaf Nazirliyi, 88 nəfəri Dövlət Sosial Müdafiə Fondu, 69 nəfəri isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə qeydə alınmış namizədlərdir.

Test imtahanının nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, İqtisadi İnkişaf Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR