Bank Of Baku

Azərbaycanda universitet rektoru qəbul imtahanlarının test üsulu ilə keçirilməsini tənqid edib

Azərbaycanda universitet rektoru qəbul imtahanlarının test üsulu ilə keçirilməsini tənqid edib
# 17 yanvar 2012 14:34 (UTC +04:00)
İndi qiyabi şöbənin ilk iki kursunda da bu üsuldan istifadə edilir. İmtahanın nəticələri suallar cavablandırıldıqdan dərhal sonra bəlli olur, monitorda görünür. Bu sistem vasitəsilə imtahan verən tələbələrin nəticələri heç bir subyektiv amilin təsirinə məruz qalmır və hər tələbə öz biliyinə müvafiq surətdə qiymətləndirilir”. APA-nın xəbərinə görə, bunu ADPU-nun rektoru Yusif Məmmədov YAP-ın saytına müsahibəsində deyib. O, bu sistemin faydalı cəhətlərindən biri kimi bütün ixtisaslardan olan tələbələrin təhsil müddətləri boyunca daim İKT ilə təmasda olduqlarını qeyd edib.
Bununla yanaşı, rektor test vasitəsilə keçirilən imtahanların çatışmazlığını da dilə gətirib və bu metodu tənqid edib: “Amma bütün bunlarla yanaşı, bir məqamı da qeyd etmək istəyirəm: test vasitəsilə keçirilən imtahanlar - istər universitetlərdə, istərsə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən qəbul imtahanlarında - tam obyektivliyi və şəffaflığı təmin etsə də, tələbələrin, şagirdlərin təfəkkürünün mükəmməl şəkildə formalaşmasına mane olur. Test imtahanlarına hazırlaşan gənclər düşündürücü məqamlardan yan keçərək ancaq məhdud səviyyəli bilikləri mənimsəyirlər. Ancaq hesab edirəm ki, daha mükəmməl bir üsul düşünülənə qədər test imtahanları bugünkü reallıqlarda tələbələrin və abituriyentlərin obyektiv qiymətləndirilməsinin qaçılmaz üsuludur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR