Bank Of Baku

BMT QAK Azərbaycana 5,9 milyon dollar yardım ayırıb

BMT QAK Azərbaycana 5,9 milyon dollar yardım ayırıb
# 17 yanvar 2012 14:43 (UTC +04:00)
Qaçqınlar üzrə Ali Komissarlıqdan APA-ya verilən məlumata görə, bu maliyyə region ölkələrində sığınacaq axtarışında olan şəxslər üçün proqramlara, vətəndaşlığa malik olmayan şəxslərə yardıma, məcburi köçkünlərə və inteqrasiya proqramlarına sərf ediləcək. Ayrılan vəsaitin 5,914,932 dolları Azərbaycanda həyata keçirilən müvafiq layihə və proqramlara yönələcək. 2011-ci ildə bu rəqəm 5,933,021 dollar təşkil edib. Ən çox vəsait isə Türkiyə (18,958,165 ABŞ dolları) və Gürcüstana ayrılıb (14,954,098 ABŞ dolları).

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı 90-cı illərdə Azərbaycandakı məcburi kömkünlərə yardım etmiş əsas beynəlxalq donorlardan olub. 90-cı illərin birinci yarısında BMT agentliyi azərbaycanlı məcburi köçkünləri 66 milyon dollar həcmində çadır, su, qida, dəva-dərman və digər zərurui ləvazimatlarla təmin edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR