Bank Of Baku

AMEA Aqrar Elmlər Bölməsinin ilk ümumi yığıncağı keçirilib

AMEA Aqrar Elmlər Bölməsinin ilk ümumi yığıncağı keçirilib
# 17 yanvar 2012 15:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aqrar Elmlər Bölməsinin ilk ümumi yığıncağı keçirilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, AMEA-nın həqiqi üzvü Vaqif Fərzəliyev bildirib ki, AMEA-da Aqrar Elmlər Bölməsi ölkə prezidenti İlham Əliyevin “Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə” 3 may 2011-ci il tarixli sərəncamına əsasən yaradılıb.
Aqrar Elmlər Bölməsinin akademik-katibi Qərib Məmmədov isə qeyd edib ki, hazırda bölmənin tərkibində geniş elmi potensiala malik 3 elmi-tədqiqat institutu - AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu, AMEA Genetik Ehtiyatlar İnstitutu və Azərbaycan Elmi-Tədqiqat Erroziya və Suvarma İnstitutu mövcuddur. Bölmənin yaranması ilə aqrar sektorun inkişafının sürətlənəcəyini söyləyən akademik həm aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi, həm də aqrar elmin inkişaf etdirilməsi istiqamətində alimlərin fəaliyyətlərinin yüksəldilməsinin zəruriliyini vurğulayıb.
Sonda səsvermə yolu ilə 5 nəfər – akademiklər Qərib Məmmədov, Seyfəddin Əliyev, AMEA-nın müxbir üzvləri Məhərrəm Babayev, Mahmud Abdullayev və Tofiq Məmmədov bölmənin büro üzvləri, Mahmud Abdullayev həm də bölmənin akademik-katibinin müavini seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR