Bank Of Baku

Azərbaycan Təhsil Nazirliyinin şöbə müdiri və üç əməkdaşı işdən çıxarılıb - EKSKLÜZİV

Azərbaycan Təhsil Nazirliyinin şöbə müdiri və üç əməkdaşı işdən çıxarılıb - <font color=red>EKSKLÜZİV</font>
# 18 yanvar 2012 09:22 (UTC +04:00)
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadənin APA-ya verdiyi məlumata görə, nazirliyin xüsusi şöbəsinin müdiri Mircəfər Nəbiyev yaş senzi ilə əlaqədar təqaüdə göndərilib. Yaş senzi ilə əlaqədar işdən uzaqlaşdırılan digər 3 nəfər isə nazirliyin şöbələrinin işçiləridir. Təqaüdə göndərilənlərdən Musa Əhmədov strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsində, Zahid Məmmədov iqtisadiyyat şöbəsində, Nadim Nəcəfquliyev isə ali və orta ixtisas təhsili şöbəsində çalışıb.

Nazirlikdən bildiriblər ki, Mircəfər Nəbiyevin yerinə Leyla İmaməliyeva təyin olunub.

Qeyd edək ki, təqaüdə göndərilən Mircəfər Nəbiyev Misir Mərdanovun yaxın qohumudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR