İsmayıllıda 20 Yanvar əlilləri və şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı zona müşavirəsi keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, nazir Fizuli Ələkbərov bildirib ki, hazırda Azərbaycanda sosial proqramların icrası işləri uğurla davam etdirilir, ünvanlı sosial yardım alan ailələrin sayı 120 min, hər bir ailəyə düşən yardımın orta aylıq məbləği 106 manat təşkil edir.
Ötən il aztəminatlı ailələrin öz potensial imkanlarından istifadə etməklə gəlirlərini artırmalarına şərait yaradılması üçün Birdəfəlik sosial yardım - “Özünədəstək” proqramı hazırlanıb. Ölkə rəhbərinin sərhədyanı bölgələrin əhalisinə göstərdiyi diqqət və qayğıya uyğun olaraq ötən ilin martında Tovuz rayonunun Ermənistanla həmsərhəd Vahidli kəndində sınaq işlərinə başlanılan bu layihənin cari ildən bütün ölkədə icrası planlaşdırılır. Proqramda iştirak edən ailə artıq ünvanlı yardım almayacaq və sosial reabilitasiya olunaraq yoxsulluq həddindən çıxacaq.
Eyni zamanda ötən il vətəndaşlarına xidmətin keyfiyyətcə yüksəldilməsi, onlara dövlət təminatlarından yararlanmaq məqsədilə alternativ müraciət imkanlarının yaradılması, həmçinin ünvanlı yardımların təyinatı işində şəffaflığın artırılması, bu sahədə məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi, qərar qəbul etmə prosesində subyektiv amillərin aradan qaldırılması məqsədilə ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin tətbiqinə başlanıb. İlkin olaraq pilot layihə kimi Cəlilabad və Balakən rayonlarında sınaqdan keçirilməsinə başlanılan bu sistem cari ildə digər rayon və şəhərlərdə də tətbiq olunacaq.
Azərbaycan Prezidentinin 23 may 2011 tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanının icrası olaraq, nazirlik tərəfindən əhaliyə göstəriləcək elektron xidmətlərin təşkili istiqamətində müəyyən işlər görülüb, nazirliyin fəaliyyət istiqamətləri üzrə təşkil edilməsi nəzərdə tutulan elektron xidmət növlərinin siyahısı müəyyənləşdirilib. Görülən işlərdə şəffaflığın artırılması məqsədilə ötən il nazirlikdə vətəndaş cəmiyyətlərinin təmsil olunduğu İctimai Şura yaradılıb. Nazir və nazirliyin digər rəhbər şəxsləri tərəfindən müxtəlif şəhər və rayonlarında ümumilikdə 560 nəfərdən artıq vətəndaş qəbul edilərək, onların müraciətləri yerində araşdırılıb, İctimai Şuranın üzvlərinin fəal iştirakı ilə konkret tədbirlər görülüb.
Tədbirdə 20 Yanvar faciəsinin 22-ci ildönümünün yaxınlaşdığını qeyd edən nazir Fizuli Ələkbərov bildirib ki, bununla əlaqədar nazirlik tərəfindən 127 şəhid ailəsinin və 328 nəfər əlilin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım göstərilməsi məqsədilə vəsait ayrılıb. «20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» prezidentin 2006-cı il 19 yanvar tarixli fərmanı ilə «20 Yanvar şəhidi» fəxri adı almış şəxslərin ailə üzvlərinə ayda 300 manat məbləğində Prezident təqaüdü təyin olunub. Eyni zamanda 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar I qrup əlillərə 150 manat, II qrup əlillərə 130 manat, III qrup əlillərə 100 manat məbləğində Azərbaycan prezidentinin aylıq təqaüdü təsis edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi indiyədək 51 nəfər şəhid ailəsi və 20 Yanvar əlili mənzillə, 50 nəfər əlili isə minik avtomaşını ilə təmin edib. Bununla yanaşı, 7 nəfər 20 Yanvar əlilinin respublikadan kənarda və respublika daxilində müalicəsinə müvafiq köməklik göstərilib, həmçinin nazirlikdə fəaliyyət göstərən komissiyanın qərarı ilə 85 nəfər 20 Yanvar əlilinə birdəfəlik maddi yardım verilib. Son üç ildə bu təbəqədən olan 25 nəfər əlil vətəndaşın yay mövsümündə Nabran istirahət zonasında dövlət hesabına istirahəti təşkil edilib.
Tədbir çərçivəsində əlil ictimai birliklərinin rəhbərləri ilə nazirliyin məsul şəxsləri arasında görüş keçirilib. Görüşdə əlillər, o cümlədən 20 Yanvar əlilləri və şəhid ailələri ilə bağlı görülən işlər və bu sahədə qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.
Sosial
Xocavənd və Şuşaya növbəti köç karvanı yola salınıb - FOTO
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - VİDEO
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
Xəbər Lenti
Kiyevdə partlayış səsləri eşidilib
Qlobal fond bazarlarında əsas indekslərdə eniş müşahidə olunub
“Bitcoin”in qiyməti yenidən 63 min dollardan aşağı enib
ABŞ İranda 80-dən çox hədəfə zərbə endirib - YENİLƏNİB
WSJ: ABŞ senatorları Rusiyaya qarşı yeni sanksiyalar üçün Maliyyə Nazirliyinə təzyiq göstərəcək
FIFA Rusiya komandalarına tətbiq olunan sanksiyaların ləğvini müzakirə edəcək
Xocavənd və Şuşaya növbəti köç karvanı yola salınıb - FOTO
Rumıniya Ukraynadan PUA-ların özünü məhv etmə funksiyası ilə proqramlaşdırılmasını istəyib
Cokoviç Böyük Dəbilqə turnirlərində yeni rekorda imza atıb
Sibiqa: Ukrayna artıq Rusiyaya zərbələr üçün heç kimdən icazə almayacaq
DÇ-2026: İsveçrə 1/4 final mərhələsinə yüksəlib
Kanadanın yaratdığı yeni müdafiə bankına Ukrayna da qoşulacaq
FIFA ABŞ Futbol Federasiyasının iki əməkdaşını vəzifəsindən kənarlaşdırıb
Pakistan sahillərində yük daşıyan "Boeing 737" ilə əlaqə kəsilib
Rusiya Odessaya kaset başlıqlı ballistik raket zərbəsi endirib, yaralananlar var
ABŞ İrana qarşı neft sanksiyalarının yumşaldılmasını ləğv edib
Ukrayna və Estoniya pilotsuz sistemlər üzrə əməkdaşlıq sazişi imzalayıb
ABŞ-ın Venesuelaya zəlzələdən sonra ayırdığı yardım 310 milyon dolları ötüb
Gəncədə 22 yaşlı qızın meyiti tapılıb
Gəncədə 38 yaşlı kişi qardaşı oğlu tərəfindən bıçaqlanıb
Parisdə Mbappe ilə bağlı açıqlamaya görə cinayət işi başlanıb
Qətər İrandan beynəlxalq gəmiçiliyi təhdid edən addımları dayandırmağı tələb edib
Netanyahu: Türkiyəyə F-35 qırıcılarının verilməsi Yaxın Şərqdə qüvvələr balansını pozacaq
Netanyahu Trampla fikir ayrılıqlarının olduğunu etiraf edib
Macarıstanda dövlət televiziyası və radiosunun yayımı dayandırılıb
Tbilisi hava limanı leysan yağışları səbəbindən qismən işıqsız qalıb
DÇ-2026: Argentina millisi 1/4 final mərhələsinə yüksəlib
Çempionlar Liqası: “Sabah” Uelsin TNS komandasını məğlub edib
Bakının Şağan qəsəbəsində quru otluq sahədə yanğın söndürülüb - YENİLƏNİB
Mingəçevirdə 24 yaşlı gənc su anbarında boğulub
Gəncədə yataqxanada baş verən yanğın söndürülüb, bir nəfər xəsarət alıb - YENİLƏNİB-1
Hörmüz boğazında ABŞ İranın buraxdığı PUA-ları məhv edib
Peskov: Rusiya ilə ABŞ arasında münasibətlər sıfır səviyyəsindədir
ABŞ bu il üçün Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb
Niderland və Ukrayna PUA-ların birgə istehsalı barədə saziş imzalayıb
Bakı–Sumqayıt şosesində avtomobil yanıb, yolda sıxlıq yaranıb
Ermənistanda müxalifət lideri Qaqik Tsarukyan iki ay müddətinə həbs edilib
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - VİDEO
Ərdoğan və Trampın sədrliyi ilə nümayəndə heyətləri arasında görüş başlayıb
Beynəlxalq Olimpiya Komitəsi Rusiya Olimpiya Komitəsinə tətbiq olunan məhdudiyyətləri ləğv edib
Azərbaycan XİN rəhbəri Zimbabve Milli Assambleyasının sədri ilə görüşüb
Ceyhun Bayramov ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü ilə görüşüb
Ərdoğanla Trampın təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Ukrayna Azov dənizində Rusiyanın "kölgə donanması"na aid 12 gəmini vurub - VİDEO - YENİLƏNİB
Tramp: Qrenlandiya ABŞ-ın nəzarətində olmalıdır
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
FHN dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirib - VİDEO
Azərbaycana qanunsuz yolla xeyli miqdarda dərman və test gətirilməsinin qarşısı alınıb
İtaliyada Rusiyanın xeyrinə casusluqda ittiham olunan iki nəfər saxlanılıb