Bank Of Baku

AMEA Mərkəzi Elmi Kitabxanasında “Qanlı Yanvar” mövzusunda sərgi keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasında “Qanlı Yanvar” mövzusunda sərgi keçirilib
# 18 yanvar 2012 10:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş “Qanlı Yanvar” adlı sərgi keçirilib. APA-nın məlumatına görə, sərgidə çıxış edən kitabxanaın direktoru Aybəniz Əliyeva-Kəngərli bildirib ki, 20 Yanvar Azərbaycan xalqının azadlıq və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub: “20 Yanvar faciəsi imperiya rəhbərliyinin Azərbaycana xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. 20 Yanvar şəhidlərinin əməyi boşa getmədi. Azərbaycanın öz müstəqilliyini qazanması 20 Yanvar şəhidlərinin ən böyük qazancı oldu”.

Sərgidə 20 Yanvar faciəsindən bəhs edən Azərbaycan, rus, Qərbi Avropa və Şərq dillərində 60 addan artıq ədəbiyyat, eyni zamanda fotoşəkillər, slaydlar, videokadrlar nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR