Bank Of Baku

İraq parlamentinin xarici əlaqələr komitəsinin nümayəndələri ADU-da olublar – FOTO

İraq parlamentinin xarici əlaqələr komitəsinin nümayəndələri ADU-da olublar – <font color=red>FOTO </font>
# 18 yanvar 2012 10:16 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində İraq parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Hammam Həmidunun başçılıq etdiyi nümayəndə heyətinin universitetin tələbələri ilə görüşü keçirilib. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyəti ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Ərəbşünaslıq ixtisası üzrə təhsil alan tələbələri və fakültənin professor-müəllim heyəti ilə müzakirələr aparıblar.
Tədbirdə ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Məcid Əliyev, Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva, Xarici dillər kafedrasının müdiri Salman Nuriyev, Regionşünaslıq və Xarici dillər kafedrasının müəllimləri iştirak ediblər.
Hammam Həmidi ADU-da olmaqdan və Ərəbşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə görüşməkdən məmnun olduğunu bildirib: “Biz Ərəb dilinin mükəmməl öyrədilməsi üçün universiteti müxtəlif dərsliklərlə təmin edə bilərik. Həmçinin tələbələr üçün dil kursları təşkil edərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR