Bank Of Baku

Azərbaycanda torpaqların təyinatının dəyişdirilməsinə dair qanun layihəsi hazırlanır

Azərbaycanda torpaqların təyinatının dəyişdirilməsinə dair qanun layihəsi hazırlanır
# 18 yanvar 2012 11:06 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib.

Onun sözlərinə görə, hazırda sözügedən qanun layihəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində hazırlanır. Qanun layihəsinin parlamentin payız sessiyasına çıxarılması gözlənilir.

“Qanunvericilikdə əkinə yararlı pay torpaqlarının təyinatının dəyişdirilməsi qadağan olunsa da, hazırda belə hallar mövcuddur”, - deyə millət vəkili vurğulayıb.

Komitə sədri qanun layihəsi üzərində hazırda iş getdiyindən orada hansı məsələlərin əks olunacağı barədə məlumatsız olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR