Bank Of Baku

Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılıq mexanizmlərinin yaradılması layihəsi ilə bağlı mətbuat konfransı keçirilib

Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılıq mexanizmlərinin yaradılması layihəsi ilə bağlı mətbuat konfransı keçirilib
# 18 yanvar 2012 11:25 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Konstitusiya” Araşdırmalar Fondunun Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə həyata keçirdiyi “Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılıq mexanizmlərinin yaradılması və onun ictimai vəkillik kampaniyasının araşdırılması” layihəsinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, “Konstitusiya” Araşdırmalar Fondunun eksperti Zaur İbrahimov bildirib ki, layihə çərçivəsində vəzifəli şəxslər tərəfindən gəlir deklarasiyalarının təqdim edilməsi ilə bağlı beynəlxalq təcrübə öyrənilib. Həmçinin, Azərbaycanda vəzifəli şəxslər tərəfindən gəlir deklarasiyaların təqdim edilməsi prosesini tənzimləyən qanunvericilik təhlil edilib, o cümlədən qanunvericiliyə əlavə və dəyişikliklərlə bağlı təkliflər hazırlanıb: “Müəyyən edilib ki, vəzifəli şəxslər tərəfindən təqdim edilmiş maliyyə xarakterli məlumatların qanunsuz torlanılması və ya yayılması qanunvericiliklə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəb olur. Düşünürük ki, maliyyə bəyannamələrinin yoxlanılmasında ilkin araşdırma mexanizminin əhatəsi genişləndirilməlidir. Bu məqsədlə aidiyyəti informasiya baza və reyestrlərinə çıxış imkanları təmin edilməlidir”.
Avrasiya Əməkdaşlıq Fondunun proqram meneceri Zümrüd İsmayılova isə deyib ki, layihə çərçivəsində hazırlanan təkliflər Nazirlər Kabineti və Korrupsiyaya Qarşı Mübarizə üzə Dövlət Komissiyasına təqdim edilib: “Vergilər Nazirliyi fonda rəsmi cavabında bildirilib ki, maliyyə xarakterli məlumatlar haqqında bəyannamə formasının hazırlanması və təqdim edilməsi sahəsində beynəlxalq təcrübə öyrənilməklə müvafiq işlər həyata keçirilir. Fondun təkliflərinə müvafiq layihə hazırlanarkən baxılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR