Bank Of Baku

Eldar İbrahimov: “Bazarı tənzimləmək lazımdır”

Eldar İbrahimov: “Bazarı tənzimləmək lazımdır”
# 18 yanvar 2012 11:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun tətbiq edildikdən sonra bazarda qiymətlərin ucuzlaşması gözlənilir. APA-nın məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib. O bildirib ki, hazırda məhsul bir neçə vasitəçi xətti ilə bazara çıxarılır: “Təbii ki, belə olan halda hər dəfə əlavə qiymət qoyulur və nəticədə məhsulun qiymətində bahalaşma baş verir. Kooperasiyaların yaradılması ilə bu, aradan qalxacaq. Biz bunu qanunda əks etdirmişik”.

E. İbrahimov qanun layihəsinə bir sıra dəyişikliklər edildiyini söyləyib: “Azərbaycan parlamentinin Aqrar siyasət komitəsinin üzvləri ötən il Almaniyanın Saksoniya əyalətində olub və onların təcrübəsini öyrəniblər. Artıq Azərbaycanda da təcrübə kimi iki kənddə kooperativlər fəaliyyət göstərir”.

Qiymət artımının baş verməməsi üçün bazarın tənzimlənməsini vacib sayan komitə sədri kənd təsərrüfatı məhsullarının qiymət artımında bazardakı inhisarçıları ittiham edib: “Bazarın öz monopolistləri var. Kəndçi aparır məhsulunu, qapıda saxlayırlar. Deyirlər ki, məhsulu 20 qəpiyə, 50 qəpiyə və ya neçəyəsə mənə verməlisən. Qoymurlar, ağalıq eləyirlər. Bazar iqtisadiyyatı olsa da, dövlətin bu işlə məşğul olan orqanları bazarı tənzimləməlidir. Bazar iqtisadiyyatıdır deyə başlı-başına buraxmaq lazımdır? Başlı başına sahə ola bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR