Bank Of Baku

Mirzə Fətəli Axundov adına Milli Kitabxanada 20 Yanvar hadisələrinə həsr olunmuş tədbir keçirilib

Mirzə Fətəli Axundov adına Milli Kitabxanada 20 Yanvar hadisələrinə həsr olunmuş tədbir keçirilib
# 18 yanvar 2012 11:35 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Mirzə Fətəli Axundov adına Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr olunmuş “20 Yanvar şəhidlik zirvəsi” adlı kitab sərgisinin açılışı və Vahid Məhərrəmovun “Qanlı gecə - Qanlı tarix” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən kitabxananın direktoru Kərim Tahirov deyib ki, 20 Yanvar Azərbaycanın ağrılı bir günüdür və bu faciə xalqın yaddaşından silinməyəcək.

Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana işi sektorunun müdiri Lətifə Məmmədova bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda 134 nəfər şəhid olub: “Atəşkəs sazişi imzalanmasına baxmayaraq, Azərbaycan hələ də şəhidlər verir. Səngərlərimizdə Vətəni qoruyan əsgərlərimiz Azərbaycanın gələcəyi uğrunda şəhid olur”.

Tədbir iştirakçıları “20 Yanvar şəhidlik zirvəsi” adlı kitab və foto sərgisi ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR