Bank Of Baku

Pakistanın Azərbaycandakı səfiri BDU-da olub - FOTO

Pakistanın Azərbaycandakı səfiri BDU-da olub - <font color=red>FOTO</font>
# 18 yanvar 2012 11:39 (UTC +04:00)
Bakı-APA. Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Pakistanın Azərbaycandakı səfiri İnayatullah Kakar ilə görüşüb. BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, səfir Azərbaycan müstəqillik əldə etdikdən sonra Pakistanla sıx əlaqələrinin yarandığını vurğulayıb. İki ölkə arasında oxşar cəhətlərin olduğunu deyən qonaq, ötən il Azərbaycanın və Pakistanın BMT-nin qeyri-daimi üzvlüyünə seçildiyini xüsusilə qeyd edib.
A.Məhərrəmov şərq ölkələri içərisində Azərbaycana yaxın olan dövlətlərdən birinin Pakistan olduğunu və son on ildə BDU-da şərq dillərinin, o cümlədən urdu dilinin tədris edildiyini diqqətə çatdırıb.
Görüşdə yeni innovasiyalar üzrə elmi istiqamətlərlə bağlı əməkdaşlıq və bir sıra qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Səfir Şərqşünaslıq fakültəsinə urdu dili ixtisası üzrə təhsil alan tələbələr üçün kitab və digər texniki vasitələr hədiyyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR