Bank Of Baku

Böyük Britaniyada işsizlik səviyyəsi son 16 ildə tarixi maksimuma çatıb

Böyük Britaniyada işsizlik səviyyəsi son 16 ildə tarixi maksimuma çatıb
# 18 yanvar 2012 11:58 (UTC +04:00)
Bakı - APA-Economics. Böyük Britaniyada işsizlik səviyyəsi son 16 ildə tarixi maksimuma çatıb. “APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, bu barədə Beynəlxalq Əmək Təşkilatı (ILO - International Labour Organization) açıqlama yayıb.

Ötən ilin sentyabr-noyabr aylarında Böyük Britaniyada işsizlik səviyyəsi rüblük müqayisədə 8,1%-dən 8,4%-ə yüksəlib ki, bu da 1996-cı ilin yanvarından bəri ən yüksək göstəricidir.

İşsizlik müavinəti alan britaniyalıların sayı 1,6 mln. nəfərə çatıb ki, bu da 2010-cu ilin yanvarından bəri ən yüksək göstərici sayılır.

ILO-nun məlumatına görə, ötən ilin sentyabr-noyabr aylarında işsizlik səviyyəsi 118 min nəfər artaraq 2,68 mln. nəfərə çatıb. Bu isə 1994-cü ildən bəri ən yüksək göstəricidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR