Bank Of Baku

Ağamusa Axundov AMEA Dilçilik İnstitutunun direktoru vəzifəsindən çıxıb

Ağamusa Axundov AMEA Dilçilik İnstitutunun direktoru vəzifəsindən çıxıb
# 18 yanvar 2012 15:09 (UTC +04:00)
AMEA-nın I vitse-prezidenti Arif Həşimov APA-ya bildirib ki, bu, professor Fəxrəddin Veysəllidir. A. Həşimov deyib ki, Dilçilik İnstitutunun direktoru Ağamusa Axundov səhhəti ilə əlaqədar işdən getmək üçün 10 gün əvvəl ərizə verib: “AMEA-nın institutlarına direktor vəzifəsi seçkili vəzifədir. Yaxın günlərdə Dilçilik İnstitutuna direktor seçkisi ilə bağlı elan veriləcək. Direktor AMEA-nın Humanitar Elmlər Bölməsində gizli səsvermə ilə seçiləcək”.

Qeyd edək ki, yaxın vaxtlarda Əlyazmalar İnstitutunun direktor vəzifəsinə də seçki keçiriləcək. Xatırladaq ki, Əlyazmalar İnstitutunun direktoru Məmməd Adilov ötən ilin oktyabrın 16-da vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR