Bank Of Baku

Gənclər və İdman Nazirliyinin Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi 20 Yanvar hadisələrinə həsr olunan dəyirmi masa keçirib

Gənclər və İdman Nazirliyinin Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi 20 Yanvar hadisələrinə həsr olunan dəyirmi masa keçirib
# 19 yanvar 2012 10:16 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Gənclər və İdman Nazirliyinin Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi 20 Yanvar hadisələrinin 22-ci ildönümü ilə bağlı dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirin keçirilməsində əsas məqsəd faciənin növbəti ildönümünü anmaq, gənclər arasında vətənpərvərlik hissini aşılamaq, gənclərin diqqətini tarixin qəhrəmanlıq salnaməsinə çevrilmiş 20 yanvar faciəsinə yönəltmək və müstəqillik uğrunda canından keçmiş şəhidləri bir daha yad etmək olub. Elmi Araşdırmalar Mərkəzinin direktoru Qədəmşah Sadıqov bildirib ki, 1990-cı ilin 20 yanvar tarixində baş verən hadisələr xalqın yaddaşından heç vaxt silinməyəcək. Millət vəkili Aydın Mirzəzadə deyib ki, belə hadisələrin baş verməməsi üçün ciddi nəticələr çıxarmaq lazımdır: “1990-cı ilin yanvarında baş verən hadisələrə görə birbaşa Moskva rəhbərliyi məsuliyyət daşıyıb. 20 yanvar hadisələri SSRİ rəhbərliyinin etdiyi qəddarlıqdır. Bu azğınlığın dünyada tayı- bərabəri yoxdur. 20 yanvar faciəsini Azərbaycan xalqı heç vaxt unutmayacaq. Buna görə də ölkəmiz güclü və düşmənlərinə qarşı həmişə ayıq olmalıdır”.
Tədbir çıxışlarla davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR