Bank Of Baku

Azərbaycan Memarlıq və İnşaat Universitetində 20 Yanvar şəhidlərini anım mərasimi keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində 20 Yanvar şəhidlərini anım mərasimi keçirilib
# 19 yanvar 2012 10:20 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində 20 Yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən universitetin rektoru Gülçöhrə Məmmədova deyib ki, 20 Yanvar Azərbaycan xalqını tarixinə Qanlı Yanvar günü kimi yazılıb. Onun sözlərinə görə, həmin gün Memarlıq və İnşaat Universitetinin də tarixinə qara həriflərlə düşüb: “20 yanvar günü universitetin 4 tələbəsi öz qanı ilə Azərbaycanın müstəqilliyini tarixə yazan vətən övladları sırasında olub. Universitetimizin tələbələri Fuad Babayev, Ələsgər Qayıbov, Mehman Muradov və Bayram Əliyev 20 yanvar günü canlarını Vətən yolunda qurban veriblər”.

G. Məmmədova bildirib ki, anım tədbirlərinin hər il keçirilməsində məqsəd bu hadisəni dünya ictimaiyyətinə çatdırmaq və 20 Yanvar faciəsinə hüquqi qiymət verilməsinə çalışmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR