Bank Of Baku

BDU-da 20 Yanvar hadisələrinin 22-ci ildönümü qeyd olunub

BDU-da 20 Yanvar hadisələrinin 22-ci ildönümü qeyd olunub
# 19 yanvar 2012 10:34 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar hadisələrinin 22-ci ildönümü ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən universitetin rektoru Abel Məhərrəmov bildirib ki, 20 yanvar Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılıb: “Belə faciələr tarixdə çox az olur. Onlardan biri də Azərbaycanın qismətinə yazıldı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda rus-sovet imperiyasının ağır hərbi texnika ilə silahlanmış ordusu 4 istiqamətdən şəhərə soxularaq əliyalın dinc əhalini gülləboran etdi. Həmin gecə 137 nəfər həlak oldu, 700 nəfər yaralandı”.

Mərasim universitetin müəllim və tələbələrinin 20 Yanvarla bağlı çıxışları ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR