Bank Of Baku

Dövlət Statistika Komitəsi: Azərbaycandan xaricə qazanc üçün gedənlərin sayı ilbəil azalır

Dövlət Statistika Komitəsi: Azərbaycandan xaricə qazanc üçün gedənlərin sayı ilbəil azalır
# 19 yanvar 2012 11:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Əvvəllər Azərbaycandan xarici ölkələrə qazanc üçün getmiş gənclər Vətənə qayıdır, ölkədən gedənlərin sayı isə ilbəil azalır. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən bildirilib.

Komitədən verilən məlumata görə, ölkədə gənclərin problemlərinin həllinə yönəldilmiş dövlət siyasətinin həyata keçirilməsi, yeni iş yerlərinin açılması və gənclərin iqtisadiyyata daha çox cəlb olunması ilə əlaqədar əvvəllər Azərbaycandan xarici ölkələrə qazanc üçün getmiş gənclər geri qayıdır, ölkədən gedənlərin sayı isə azalır.

«Ötən il ərzində daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı 2,2 min nəfər olub və 0,5 min nəfər ölkədən gedib. İmmiqrantların 77,1%-ni Rusiyadan, 8,1%-ni Qazaxıstandan, 4,3%-ni Ukraynadan gələnlər, emiqrantların isə müvafiq olaraq 45,1%-ni, 32,7%-ni və 8,4%-ni həmin ölkələrə gedənlər təşkil edib», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR