Bank Of Baku

Vergilər Nazirliyində 20 yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Vergilər Nazirliyində 20 yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
# 19 yanvar 2012 12:07 (UTC +04:00)
Bakı - APA-Economics. Vergilər Nazirliyində 20 yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilib. Nazirliyin Analitik-informasiya şöbəsindən “APA_Economics”ə verilən məlumata görə, tədbir açıq elan edildikdən sonra Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov qeyd edib ki, 1990-cı il yanvarın 20-də keçmiş sovet dövlətinin silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı aksiya insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb. Həmin günlərdə Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.

Tədbirdə xüsusi vurğulanıb ki, Azərbaycan xalqı 20 Yanvar qurbanlarını və şəhid ailələrini heç vaxt unutmayacaq.

Mərasimdə çıxış edən natiqlər 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı yönəldilmiş soyqırım siyasətinin bir həlqəsi olduğunu vurğulayaraq bildiriblər ki, yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib. Həmin gün azadlıq uğrunda mübarizliyinin və sarsılmazlığının nümayişi günü kimi xalqımızın xatirəsində əbədi yaşayacaq.

Tədbir iştirakçıları Vergilər Nazirliyinin foyesində təşkil edilmiş 20 Yanvar faciəsindən bəhs edən kitab və fotoşəkil sərgisi ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR