Bank Of Baku

“Azərsu”da 20 yanvar - Ümumxalq hüzn günü münasibətilə anım mərasimi keçirilib - FOTO

“Azərsu”da 20 yanvar - Ümumxalq hüzn günü münasibətilə anım mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 19 yanvar 2012 12:18 (UTC +04:00)
Bakı - APA-Economics. “Azərsu” ASC-də 20 Yanvar - Ümumxalq hüzn günü münasibətilə anım mərasimi keçirilib. ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlcə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, 20 yanvar faciəsi Azərbaycan xalqının azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. 1988-ci ildən başlayaraq Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən xalq Bakının küçə və meydanlarına çıxaraq cərəyan edən proseslərə öz etirazını bildirib. Xalqın mübarizə əzmini qırmaq istəyən SSRİ rəhbərliyinin göstərişi ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın paytaxtına və böyük şəhərlərinə xüsusi təyinatlı qoşunlar yeridilib və onlar dinc xalqa qarşı qırğınlar törədib. Nəticədə 134 mülki vətəndaş öldürülüb, 600-dən çox adam yaralanıb.

Tədbirdə çıxış edən şəhid ailəsinin üzvü, “Azərsu” ASC-nin baş energetiki Vilayət İbadov, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısı, şöbə rəisi Əvəz Nəbiyev və digərləri xalqımızın haqq işinin müdafiəsi naminə küçələrə çıxmış yüzlərlə günahsız insanın qətlə yetirilməsini pisləyərək, şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR