Bank Of Baku

Lənkəranın dağlıq yaşayış məntəqəsində torpaq sürüşməsi baş verib

Lənkəranın dağlıq yaşayış məntəqəsində torpaq sürüşməsi baş verib
# 19 yanvar 2012 12:20 (UTC +04:00)
Yerli sakinlərin APA-nın cənub bürosuna verdikləri məlumata görə, sürüşmə kənddə 5 yerdə qeydə alınıb. Sakinlər deyib ki, 4 aydan bəri davam edən sürüşmə son günlər daha da aktivləşib. Torpaq sürüşməsi kənddə bir neçə fərdi yaşayış evi üçün ciddi təhlükə törədib. Kənd sakini Xoşvər İbrahimovaya məxsus 5 otaqlı ev qəzalı vəziyyətə düşdüyündən 4 nəfərlik ailə müvəqqəti olaraq qohumlarının evinə köçürülüb.
Bəliton kəndinə ezam olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları torpaq sürüşməsinin baş verdiyi ərazilərə baxış keçirib və sakinlərə dəyən ziyanın miqyasını müəyyənləşdiriblər. Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının məsul işçisi, rayon fövqəladə hallar komissiyasının (FHK) üzvü Sərraf Heydərov isə APA-nın yerli bürosuna açıqlamasında Bəliton kəndində torpaq sürüşməsi nəticəsində qəza vəziyyətinə düşmüş evlərin siyahısının dəqiqləşdirildiyini, dəymiş ziyanın məbləğinin müəyyənləşdirildiyini və müvafiq tədbir görülməsi üçün əlaqədar təşkilatların məlumatlandırıldığını bildirib.
Qeyd edək ki, Lənkəranın Hirkan qəsəbəsində də torpaq sürüşməsi qeydə alınıb. Qəza yerinə baxış keçirən FHN-nin mütəxəssisləri sürüşmənin ciddi fəsadlara səbəb olmayacağı qənaətinə gəliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR