Bank Of Baku

Adil Qəribov: “Ermənistan Metsamor AES-in təhlükəsizliyini təmin etməlidir”

Adil Qəribov: “Ermənistan Metsamor AES-in təhlükəsizliyini təmin etməlidir”
# 19 yanvar 2012 12:54 (UTC +04:00)
Buna görə də Metsamor AES-dəki öz ömrünü başa vuran blokun fəaliyyəti dayandırılmalı və yeni, daha təhlükəsiz enerji mənbəyi almaq üçün müasir standartlara cavab verən variantlar fikirləşməlidiur”. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib.
O qeyd edib ki, dünyada öz ömrünü başa vuran 15-dək AES var. Ermənistanda yerləşən Metsamor AES də bunlardan biridir: “Buna görə də Azərbaycan hesab eləyir ki, ömrü başa çatmış stansiya hər hansı təbii kataklizmlər zamanı buna müqavimət göstərə bilməyəcək. Heç kim bizi sığortalamıb ki, 9 ballıq zəlzələ olarsa, Metsamor AES-də heç bir hadisə baş verməyəcək. Ermənistan heç vaxt Metsamor AES-i bağlamayacaq və heç vaxt nüvədən əl çəkməyəcək, çünki indi nüvə ölkənin qüdrətini göstərən parametrdir. Buna görə də Ermənistan Metsamor AES-ə enerji obyekti kimi deyil, strateji obyekt kimi baxır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR