Bank Of Baku

Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidləri yad edilib

Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidləri yad edilib
# 19 yanvar 2012 13:10 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunda 1990-cı ilin 20 Yanvar hadisələrinə həsr olunan tədbir keçirilib. İnstitutdan APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edib. İnstitutun “Din və ictimai fikir” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Esmeralda Həsənova, aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Rəşid Quliyev, “Ərəb filologiyası” şöbəsinin müdiri, filologiya elmləri doktoru Vilayət Cəfərov, “Cənubi Azərbaycan tarixi” şöbəsinin müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli, institutun Həmkarlar Təşkilatının sədri, hüquq üzrə fəlsəfə doktoru Soltanəli Mirzəzadə çıxış edərək bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqın o müdhiş gecəni daim xatırladığını və bu faciəni törədənlərə öz dərin nifrətini bildirdiyini söyləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR