Bank Of Baku

Masallıda Boks mərkəzi və Gənclər evi tikilir

Masallıda Boks mərkəzi və Gənclər evi tikilir
# 19 yanvar 2012 13:28 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Prezident İlham Əliyevin sərəncamı ilə 2012-ci ilin “İdman ili” elan olunması ilə əlaqədar Masallı rayonunda Boks mərkəzinin və Gənclər evinin tikintisinə başlanıb. APA-nın cənub bürosunun məlumatına görə, şəhərin Talişxanov küçəsində inşa olunan Gənclər evinin ümumi sahəsi 1,7 hektardır. İkimərtəbəli binada kinoklub, sərgi salonu, rəsm qalereyası, internet klubu, elektron kitabxana, idman otaqları, dərnək, emalatxana, konfrans zalı və həmçinin kafe fəaliyyət göstərəcək. Tikilməkdə olan boks mərkəzinin ümumi sahəsi isə 0,5 hektardır. Birmərtəbəli binada idmançılar üçün hər cür şəraitin yaradılması nəzərdə tutulub. Dövlət vəsaiti hesabına inşa olunan hər iki obyekt cari ilin sonunadək istifadəyə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR