Bank Of Baku

Şərqşünaslıq İnstitutunun direktoru Böyük Britaniyada Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən bir sıra qədim xəritələr aşkar edib

Şərqşünaslıq İnstitutunun direktoru Böyük Britaniyada Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən bir sıra qədim xəritələr aşkar edib
# 19 yanvar 2012 13:32 (UTC +04:00)
İnstitutdan APA-ya verilən məlumata görə, səfər Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondunun qrant layihəsi çərçivəsində həyata keçirilib. Səfərin məqsədi Böyük Britaniyanın kitabxanalarında Azərbaycanın tarixi ərazisini təsdiq edən qədim xəritələrin axtarışı olub. G.Baxşəliyeva Britaniya Milli Kitabxanası, məşhur Oksford kitabxanası və digər arxiv və kitabxanalarda axtarışlar aparıb. G. Baxşəliyeva Böyük Britaniya kitabxanalarında Qafqaza, Kiçik Asiyaya, Yaxın və Orta Şərqə, Rusiyaya aid yüzlərlə xəritəni nəzərdən keçirərək, onların arasında Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən bir sıra qədim xəritələri aşkar edib. Onların bir qisminin surətləri çıxardılıb, digərlərinin isə surətlərinin elektron variantları sifariş edilib. Sifariş olunan xəritələrin surətləri iki həftə ərzində sifarişçiyə çatdırılmalıdır.
Eyni zamanda G.Baxşəliyeva səfər çərçivəsində həmin kitabxanalarda saxlanılan qədim tarixi mənbələri və orta əsrlər çap kitablarını da nəzərdən keçirib və qədim Azərbaycana aid, Albaniya və Atropatena dövlətləri haqqında materialların surətlərini çıxarıb.
Millət vəkili kitabxanalarda ərəb, fars və türk əlyazmaları kataloqlarını da nəzərdən keçirərək, orada Azərbaycan müəlliflərinə aid və Azərbaycanın tarixinə aidliyi ehtimal edilən əlyazmaların şifrələrini götürüb. Həmin əlyazmaların da sürətlərinin tədricən Azərbaycana gətirilməsi vacibdir və bu istiqamətdə konkret addımlar atılacaq.
Toplanmış materiallar üzərində hazırda dərin elmi araşdırmalar aparılır və bu iş tamamlandıqda, nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR