Bank Of Baku

Gənclər Təşkilatları Milli Şurası fiziki qüsurlu gənclərlə bağlı layihə həyata keçirib - FOTO

Gənclər Təşkilatları Milli Şurası fiziki qüsurlu gənclərlə bağlı layihə həyata keçirib - <font color=red>FOTO</font>
# 19 yanvar 2012 14:08 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası “Fiziki Qüsurlu Gənclərin Reproduktiv Sağlamlığı Təlimi” layihəsi həyata keçirib. APA-nın məlumatına görə, artıq uzun illərdir reproduktiv sağlamlıq mövzusunda bir-çox tədbirlər həyata keçirən Milli Şura layihəsində 16-24 yaşlı, fiziki qüsurları olan 15 gənc iştirak edib. Layihənin rəhbəri, şuranın Sosial və Humanitar Məsələlər üzrə departamentinin sədri Əligül Ağayev bildirib ki, “Fiziki Qüsurlu Gənclərin Reproduktiv Sağlamlığı Təlimi”ndə ilk dəfə olaraq Avropa Gənclər Forumunun eksperimental olaraq həyata keçirməyə başladığı qeyri-formal təhsildə keyfiyyətin təmin olunması metodologiyasından istifadə olunub. Bu metod hal-hazırda Azərbaycanda daxil olmaqla, Avropanın yalnız beş ölkəsində həyata keçirilir. Layihənin yekunları haqqında hesabatlar Avropa Gənclər Forumuna Təqdim olunacaq və gələcək fəaliyyət planı müəyyənləşəcək.

Qeyd edək ki, layihənin proqramında reproduktiv sağlamlıq, İİV/AIDS, cəmiyyətə qayıdış və aktiv iştirak, stress mövzuları müzakirə olunub. Növbəti aylarda layihənin daha geniş formatda keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR