Bank Of Baku

Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar “Açıq qapı günləri” keçirilib

Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar “Açıq qapı günləri” keçirilib
# 19 yanvar 2012 14:32 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş “Açıq Qapı Günləri” keçirilib. APA-nın məlumatına görə, əvvəlcə teatrın kollektivi 20 yanvar faciəsində həlak olan soydaşlarımızın əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra teatrın ədəbi – dram hissə müdiri Rafiq Rəhimli teatrda “açıq qapı”da iştirak edən tamaşaçıları salamlayaraq, 20 yanvar faciəsini xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi kimi qiymətləndirib. Şəhid Anaları Komitəsinin sədri, pedaqoji elmlər namizədi, Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova çıxış edərək 20 yanvar hadisələri haqqında fikirlərini dilə gətirib. Sonda yazıçı-dramaturq Tamara Vəliyevanın 20 yanvar faciəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR