Bank Of Baku

«Kapital Bank»da 20 Yanvar şəhidləri anılıb

«Kapital Bank»da 20 Yanvar şəhidləri anılıb
# 19 yanvar 2012 14:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycanın «Kapital Bank» ASC-nin baş ofisində 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr edilmiş mərasim keçirilib.

Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, mərasimdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda 20 Yanvar gününün tariximizin şərəf salnaməsinə çevrildiyi bildirilib. İyirmi iki il əvvəl Azərbaycan vətəndaşlarına qarşı belə bir qırğının törədilməsində əsas məqsədin xalqı istiqlal mübarizəsindən çəkindirməkdən, milli müstəqilliyimizin qarşısını almaqdan ibarət olduğu nəzərə çatdırılıb. Lakin 20 Yanvar şəhidlərinin qəhrəmanlıq nümunəsinin Azərbaycan xalqının mübarizə əzmini daha da möhkəmləndirdiyi, bütün maneələrə baxmayaraq, xalqın öz istiqlal haqqına qovuşduğu vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR