Bank Of Baku

Maliyyə Nazirliyində 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş mərasim keçirilib

Maliyyə Nazirliyində 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş mərasim keçirilib
# 19 yanvar 2012 14:47 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyində 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar şəhidlərin xatirəsini anma mərasimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edənlər 20 Yanvar faciəsindən və həmin günün tarixi əhəmiyyətindən danışaraq, bu günün Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulayıblar. 1990-cı il yanvarın 20-də sovet ordusu əsgərlərinin Bakıda törətdiyi faciə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu, doğma Azərbaycanımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin hər zaman uca tutulacağı bildirilib.

Tədbirdə 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR