Bank Of Baku

Son 8 ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 5 dəfədən çox azalıb

Son 8 ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 5 dəfədən çox azalıb
# 19 yanvar 2012 14:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin sonuna Azərbaycanda pensiyaçıların sayı 1,278 mln. nəfər olub və təyin olunmuş aylıq pensiyaların orta məbləği 145,2 manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin sonuna 306,8 min nəfər sosial müavinət, 34,3 min nəfər Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlərə görə təqaüd və 122 min ailənin 547,8 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb.

«Ötən il ərzində yoxsulluq səviyyəsi 1,5 faiz bəndi azalaraq 7,6%-ə enib. Qeyd etmək lazımdır ki, yoxsulluğun səviyyəsi 2003-cü ildə 44,7%, 2004-cü ildə 40,2%, 2005-ci ildə 29,3%, 2006-cı ildə 20,8%, 2007-ci ildə 15,8%, 2008-ci ildə 13,2%, 2009-cu ildə 10,9%, 2010-cu ildə isə 9,1% təşkil edib. Beləliklə, son səkkiz ildə yoxsul əhalinin sayı 5,2 dəfə azalıb», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR