Azərbaycan Ombudsmanı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müvəkkil çıxışında sovet imperiyasının Azərbaycana qarşı genosid siyasətinin tərkib hissəsini təşkil edən, insan hüquq və azadlıqlarının kütləvi pozulması ilə nəticələnmiş və tarixə 20 Yanvar faciəsi kimi düşmüş o qanlı hadisədən iyirmi iki il keçdiyini diqqətə çatdırıb. O qeyd edib ki, ən qanlı terror aktlarından biri olan bu faciədə Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində bütün bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş müdhiş bir əməldir. Qeyri-insani rəftarın, işgəncələrin ən dəhşətlilərindən biri olan bu hadisə xalqımızın qan yaddaşına əbədi həkk olunan, Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi kimi tariximizə həm də qürur günü kimi yazılıb.
Ombudsman bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyası rəhbərlərinin göstərişi ilə xüsusi hərbi birləşmələr və zirehli texnika Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir çox bölgəsinə yeridilib.
Xüsusi hərbi əməliyyat nəticəsində bir neçə istiqamətdə Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 132 nəfər mülki şəxsi amansızcasına öldürmüş, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 612 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilib. Cəbhə xəttini xatırladan, blokadaya alınmış, səmasında hərbi vertolyotlar fırlanan Bakıda ölçüyəgəlməz dağıntılar törədilmiş, yüzlərlə silahsız, sülhpərvər insan - yaşlılar, qadınlar, gənclər və uşaqlar misli görünməyən, xüsusi qəddarlıqla qətlə yetirilib, inzibati binalara, yaşayış evlərinə, nəqliyyat vasitələrinə ciddi zərər vurulub. İnsanlıq simasını itirmiş hərbi canilər törətdikləri vəhşilikləri ört-basdır etmək, həlak olanların dəqiq sayını gizlətmək üçün cəsədləri belə məhv ediblər.
Toplantıda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 1990-cı il 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar Bəyanatı səsləndirilib.
Bəyanatda qeyd edilib ki, müasir beynəlxalq hüququn ən mühüm nailiyyətlərindən biri insan hüquq və azadlıqlarının müdafiəsinin dövlətlərarası əməkdaşlıq səviyyəsinə çıxarılması, bu sahədə beynəlxalq təminatların yaradılmasıdır. Bununla da insan hüquqları dövlətlərin sırf daxili səlahiyyətləri çərçivəsindən çıxaraq beynəlxalq əhəmiyyət kəsb edir. 20 Yanvar 1990-cı il tarixdə dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı, insanlıq əleyhinə törədilmiş dəhşətli əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, habelə insan hüquqlarına dair beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulmuşdur. Lakin kütləvi insan itkisi ilə nəticələnən terror hadisələri sırasında öz mahiyyətinə və miqyasına görə dəhşətli bir cinayət olan bu qanlı faciəyə bu günə kimi beynəlxalq hüquqi qiymət verilməyib.
Ombudsman bir daha bəyan edib ki, əvvəlcədən düşünülmüş, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə xalqımıza qarşı törədilən, beynəlxalq və dövlətdaxili hüquqa əsasən bütün əlamətləri özündə əks etdirən bu soyqırımı insan hüquqlarının kobud və kütləvi şəkildə pozulması ilə müşayiət olunub. Müvəkkil dünya ictimaiyyətinin, beynəlxalq qurumların Azərbaycanın haqlı tələblərini dəstəkləyəcəyinə, insanlığa qarşı törədilən bu qatı cinayətin genosid aktı kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacağına, cinayətkarların cəzasız qalmayacağına əmin olduğunu ifadə edib.
Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.
Qanlı faciənin növbəti ildönümü günlərində Ombudsmanın Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzlərinin əməkdaşları bir çox şəhər və rayonlarda, ucqar kəndlərdə, icmalarda, bələdiyyələrdə, o cümlədən Şəmkir rayonunun Dəllər cəyir kənd icra nümayəndəliyində, Qaxın Qum, İsmayıllının Qurbanəfəndi kəndlərində, Qəbələnin Bum qəsəbəsində və s. əhali arasında “20 Yanvar xalqımızın qürur günüdür” mövzusunda silsilə tədbirlər, məktəblərdə görüşlər keçiriblər. Regional mərkəzlərin əməkdaşları insanlığa qarşı yönəlmiş bu aksiya nəticəsində baş vermiş kütləvi insan tələfatı, Azərbaycan xalqının azadlıq mübarizəsi tarixində bu qanlı hadisənin yeri barədə məlumat vermiş, Müvəkkilin adı çəkilən Bəyanatını diqqətə çatdırıb.
Ombudsmanın qadın, uşaq, gənclər və ahıllar üzrə QHT şəbəkələrində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər davam etdirilib.
Müvəkkilin uşaq hüquqları resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbində keçirilən görüşdə “20 Yanvar” Cəmiyyətinin sədri S.Əzimzadə, onun müavini E.İsgəndərov, bu qurumun Nəsimi rayon şöbəsinin sədri T.Allahverdiyev, şəhid ailələrini təmsil edən Kəmalə Orucova və Ş.Xanməmmədova, Ombudsman Aparatının əməkdaşları, Liderlik Məktəbinin üzvləri, habelə valideynlər iştirak ediblər.
Sosial
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Xocavənd və Şuşaya növbəti köç karvanı yola salınıb - FOTO
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - VİDEO
Xəbər Lenti
Balakən və Zaqatalada leysan yağışları fəsadlar törədib - VİDEO
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
SEPAH ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb
Kiyevdə partlayış səsləri eşidilib
Qlobal fond bazarlarında əsas indekslərdə eniş müşahidə olunub
“Bitcoin”in qiyməti yenidən 63 min dollardan aşağı enib
ABŞ İranda 80-dən çox hədəfə zərbə endirib - YENİLƏNİB
WSJ: ABŞ senatorları Rusiyaya qarşı yeni sanksiyalar üçün Maliyyə Nazirliyinə təzyiq göstərəcək
FIFA Rusiya komandalarına tətbiq olunan sanksiyaların ləğvini müzakirə edəcək
Xocavənd və Şuşaya növbəti köç karvanı yola salınıb - FOTO
Rumıniya Ukraynadan PUA-ların özünü məhv etmə funksiyası ilə proqramlaşdırılmasını istəyib
Cokoviç Böyük Dəbilqə turnirlərində yeni rekorda imza atıb
Sibiqa: Ukrayna artıq Rusiyaya zərbələr üçün heç kimdən icazə almayacaq
DÇ-2026: İsveçrə 1/4 final mərhələsinə yüksəlib
Kanadanın yaratdığı yeni müdafiə bankına Ukrayna da qoşulacaq
FIFA ABŞ Futbol Federasiyasının iki əməkdaşını vəzifəsindən kənarlaşdırıb
Pakistan sahillərində yük daşıyan "Boeing 737" ilə əlaqə kəsilib
Rusiya Odessaya kaset başlıqlı ballistik raket zərbəsi endirib, yaralananlar var
ABŞ İrana qarşı neft sanksiyalarının yumşaldılmasını ləğv edib
Ukrayna və Estoniya pilotsuz sistemlər üzrə əməkdaşlıq sazişi imzalayıb
ABŞ-ın Venesuelaya zəlzələdən sonra ayırdığı yardım 310 milyon dolları ötüb
Gəncədə 22 yaşlı qızın meyiti tapılıb
Gəncədə 38 yaşlı kişi qardaşı oğlu tərəfindən bıçaqlanıb
Parisdə Mbappe ilə bağlı açıqlamaya görə cinayət işi başlanıb
Qətər İrandan beynəlxalq gəmiçiliyi təhdid edən addımları dayandırmağı tələb edib
Netanyahu: Türkiyəyə F-35 qırıcılarının verilməsi Yaxın Şərqdə qüvvələr balansını pozacaq
Netanyahu Trampla fikir ayrılıqlarının olduğunu etiraf edib
Macarıstanda dövlət televiziyası və radiosunun yayımı dayandırılıb
Tbilisi hava limanı leysan yağışları səbəbindən qismən işıqsız qalıb
DÇ-2026: Argentina millisi 1/4 final mərhələsinə yüksəlib
Çempionlar Liqası: “Sabah” Uelsin TNS komandasını məğlub edib
Bakının Şağan qəsəbəsində quru otluq sahədə yanğın söndürülüb - YENİLƏNİB
Mingəçevirdə 24 yaşlı gənc su anbarında boğulub
Gəncədə yataqxanada baş verən yanğın söndürülüb, bir nəfər xəsarət alıb - YENİLƏNİB-1
Hörmüz boğazında ABŞ İranın buraxdığı PUA-ları məhv edib
Peskov: Rusiya ilə ABŞ arasında münasibətlər sıfır səviyyəsindədir
ABŞ bu il üçün Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb
Niderland və Ukrayna PUA-ların birgə istehsalı barədə saziş imzalayıb
Bakı–Sumqayıt şosesində avtomobil yanıb, yolda sıxlıq yaranıb
Ermənistanda müxalifət lideri Qaqik Tsarukyan iki ay müddətinə həbs edilib
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - VİDEO
Ərdoğan və Trampın sədrliyi ilə nümayəndə heyətləri arasında görüş başlayıb
Beynəlxalq Olimpiya Komitəsi Rusiya Olimpiya Komitəsinə tətbiq olunan məhdudiyyətləri ləğv edib
Azərbaycan XİN rəhbəri Zimbabve Milli Assambleyasının sədri ilə görüşüb
Ceyhun Bayramov ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü ilə görüşüb
Ərdoğanla Trampın təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Ukrayna Azov dənizində Rusiyanın "kölgə donanması"na aid 12 gəmini vurub - VİDEO - YENİLƏNİB
Tramp: Qrenlandiya ABŞ-ın nəzarətində olmalıdır
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq