Bank Of Baku

Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağıb

Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağıb
# 20 yanvar 2012 08:52 (UTC +04:00)
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ötən gün səhər saatlarında bölgənin Oğuz, Şəki, Qax rayonlarına qar, Balakən və Zaqatala rayonlarına isə yağış yağıb. Dünən axşam saatlarından isə bölgənin bütün rayonlarına qar yağmağa başlayıb. Havanın temperaturu dağlarda 8 dərəcə şaxta, bölgənin aran ərazilərində isə 0 dərəcə təşkil edib.

Hazırda qar davam edir. Bölgədə ən çox qar Zaqatala və Balakən rayonlarına düşüb. Zaqatala şəhəri ərazisində qarın qalınlığı 25, Balakən şəhərində 20 sm, bu rayonların dağətəyi kəndlərində 40-50 sm-ə çatır.

Qax, Şəki və Oğuz rayonlarının mərkəzlərində isə 15-20 sm hündürlüyündə qar var.

Rayonların icra hakimiyyətlərindən APA-ya verilən məlumata görə, rayon fövqəladə hallar komissiyasının üzvləri və müvafiq təşkilatların nümayəndələri yolların təmizlənməsi ilə məşğuldurlar.

Bölgəyə güclü qar yağması səbəbindən Balakən və Zaqatala rayonlarının bəzi kəndlərinə elektrik enerjisinin verilməsində gecə saatlarından məhdudiyyətlər yaranıb. Hazırda rayonların paylayıcı elektrik şəbəkəsinin əməkdaşları elektrik naqillərində baş verən nasazlığı aradan qaldırmaq üçün tədbirlər görürlər. Bölgədə qarlı, şaxtalı hava şəraitin hökm sürməsinə baxmayaraq, təbii qazın verilməsində məhdudiyyət yaranmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR