Ailə Məcəlləsinə dəyişiklik ediləcək
21 fevral 2012 12:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın Ailə Məcəlləsinə dəyişiklik ediləcək. APA-nın məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.
Məcəlləyə təklif olunan dəyişikliyə əsasən nikaha daxil olan şəxslər bir-birlərinin sağlamlıq vəziyyəti barədə məlumat əldə etmək məqsədilə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanına siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş xəstəliklər üzrə tibbi müayinədən keçmələri haqqında arayış təqdim etməlidirlər. Ö növbəsində bu qurum nikah qeydiyyata alınmazdan əvvəl tərəfləri tibbi müayinə haqqında arayışın nəticələri ilə tanış edəcək. Nikaha daxil olan şəxslərin tibbi müayinəsinin nəticələri barədə peşə və xidməti fəaliyyəti ilə bağlı məlumata malik olan şəxslər bu məlumatları sirr olaraq saxlamağa borcludurlar. Həmin şəxslər bu məlumatların açıqlanmasına görə qanunvericilikdə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Nikaha daxil olan şəxslərin tibbi müayinəsi, habelə tibbi-genetik, tibbi psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlərin verilməsi yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçiriləcək. Nikaha girənlərdən biri siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmiş xəstəliklərin olmasını gizlətdikdə digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

Sosial
Ötən il Azərbaycanda 1 yaşadək ölən uşaqların sayı açıqlanıb
14:37
17 may 2024
Parlamentə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı daxil olub
14:35
17 may 2024
Ağdam, Füzuli və Cəbrayılın 29 kəndinin və Horadiz şəhərinin sakinlərinə vahid aylıq müavinətin ödənilməsi dayandırılıb
13:56
17 may 2024
Umayra Tağıyeva: İqlim dəyişmələri ilə bağlı gözlənilən risklər mütləq nəzərə alınmalıdır
12:21
17 may 2024